Ölkə · Modern.az

Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ
Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ

Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.

Modern.az-ın məlumatına görə, əməliyyata tanınmış kardioloq-cərrah, professor Kamran Musayev rəhbərlik edib.

Artıq xəstənin evə yola salındığı bildirilir.

Kamran Musayev donorun ailəsinə - verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.

Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Klinik Xəstəxanada ürək transplantasiyası həyata keçirilmişdi.



A.Qorxmaz

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑