Ötən ay Azərbaycandan Gürcüstana 2,86 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib. Bu barədə Gürcüstan Milli Bankından bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə pul köçürmələrinin həcmində 15,72% azalma qeydə alınıb. Sentyabrda Azərbaycanın Gürcüstana daxil olan pul köçürmələrindəki payı 1% təşkil edib. Gürcüstandan Azərbaycana isə 7,06 milyon ABŞ dolları məbləğində pul göndərilib ki, bu […]
Sosial şəbəkələrdə Azərbaycanın Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. İddialara görə, "Azpetrol" istisna olmaqla, Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzəndə fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.
...
Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkar edilib. Faktla bağlı TTM-in əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif […]
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəzası azaldılıb. Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb. N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Amma onlar bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər. Şikayətdə həbslə […]