Ölkə · Ölkə.az

SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab xəbəri üçün şəkil

Yayılan məlumatlarda yanacaq verilişinin "SOCAR Petroleum" QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmədiyi bildirilir.

Həmçinin qeyd olunur ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatı olsa da, bu ehtiyat təxminən bir gün ərzində tükənə bilər. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, "SOCAR Petroleum" QSC tərəfindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkədə Şimal bölgəsində - Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzəndə - fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması və Xaçmaz Neft Terminalı ərazisində yanacaq təchizatının məhdudlaşdırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Bildiririk ki, "SOCAR Petroleum" QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz həyata keçirilir. Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə iddialar tamamilə əsassızdır.

Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin fasiləsiz yanacaqla təchizatını tam nəzarətdə saxlayır. Tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur.

Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən məlumatlara etibar etməmələri xahiş olunur", - deyə şirkətin açıqlamasında vurğulanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑