Ölkə · Milli.az

Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız xəbəri üçün şəkil

İlkin hərbi qeydiyyata üzrsüz səbəbdən gəlməyən vətəndaşlar, eləcə də çağırışçıları hərbi xidmətə çağırış barədə vaxtında məlumatlandırmayan qurumlar cərimələnə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın fərdi çağırış vərəqəsində göstərilən müddətdə üzrlü səbəb olmadan müvafiq dövlət orqanına gəlməməsinə görə 100 manat cərimə nəzərdə tutulur.

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar onların müvafiq dövlət orqanına çağırılması barədə məlumat vermədikdə və ya çağırış məntəqəsinə, yaxud toplanış yerinə vaxtında gəlmələrinə mane olduqda da məsuliyyət daşıyırlar.

Belə hallarda vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə cərimə edilə bilərlər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑