Dünya · Modern.az

15 yaşlı qız vida mərsimində dirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
15 yaşlı qız vida mərsimində dirildi
15 yaşlı qız vida mərsimində dirildi

Qvatemalada 15 yaşlı Yu ley di adlı qız ölü hesab edilməsindən səkkiz saat sonra vida mərasimi zamanı huşuna gəlib.

Modern.az xarici mediaya istinadla bildirir ki, qız tibb mərkəzinə gedərkən avtomobildə özünü pis hiss edib. Atası onun nəbzini və nəfəsini yoxlayıb, lakin həyat əlamətləri aşkar etməyib. Bununla belə, həkim qızın ölümünü təsdiqləməyib və rəsmi ölüm haqqında şəhadətnamə də verilməyib.

Qohumları evdə vida mərasimi təşkil ediblər. Qızın anası tabutun üzərinə əyiləndə onun içəridə hərəkət etdiyini görüb. Yaxınları tabutun qapağını açaraq qıza oradan çıxmağa kömək ediblər.

“Sağ olduğum üçün Allaha və valideynlərimə təşəkkür edirəm”, — deyə Yu ley di bildirib.

Xarici KİV-lərin məlumatına görə, qız huşu özündə olub və evdə müalicəsinə davam edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑