Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

Aparılan səmərəli danışıqlar nəticəsində vasitəçi olmadan Azərbaycandan elektrik enerjisini daha ucuza almaq mümkün oldu. Əvvəlki qiymətlə müqayisədə, vasitəçi şirkətin bağlanması səbəbindən indi elektrik enerjisinə 0,02 sent az pul ödəyirik.
"Bakupost" xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycandan elektrik enerjisi idxalı ilə bağlı suala cavab olaraq deyib.
Onun sözlərinə görə, qənaət tamamilə sistemin təkmilləşdirilməsinə və elektrikötürücü xətlərin gücləndirilməsinə sərf olunacaq:
“Təbii ki, idxal qiymətlərinin azalması tarifə də təsir edəcək”.
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



