Dünya · Milli.az

Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək xəbəri üçün şəkil

Ukrayna, ABŞ və Rusiya noyabr ayında müharibənin nizamlanması ilə bağlı üçtərəfli danışıqların keçirilməsi barədə razılığa gəlib.

Milli.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Osloda keçirilən məsləhətləşmələrdən sonra ABŞ nümayəndələri Sankt-Peterburqa səfər ediblər. Burada Rusiya Prezidenti Vladimir Putinin danışıqlara hazır olduğu barədə təsdiq alınıb.

Zelenski qeyd edib ki, görüşün keçiriləcəyi məkan hələ də müzakirə olunur. Mümkün variantlar arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi və Avropa ölkələri var.

Ukrayna Prezidenti Kiyevin danışıqlarda Avropa tərəfdaşlarının da iştirak etməsində israrlı olduğunu vurğulayıb.

Zelenski diplomatik istiqamətdə irəliləyişlərin əldə olunduğunu bildirərək qarşıdakı danışıqların nəticə verəcəyinə ümid etdiyini ifadə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑