Dünya · Milli.az

Zelenski müsahibə zamanı ağladı - (Video)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski müsahibə zamanı ağladı - (Video) xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı iş adamı və teleaparıcı Stiven Bartlettə müsahibə verib. Zelenski söhbət zamanı yuxusuzluq problemindən gileylənib və emosional anlar yaşayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Stiven Bartlett bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Sözügedən epizod gözlənilən müsahibənin anons videoçarxına daxil edilib.

Müsahibə zamanı aparıcı ukraynalı siyasətçidən mövcud vəziyyətlə necə bacardığını soruşub. Cavabında Zelenski son dərəcə ağır dövrdən keçdiyini vurğulayıb:

"Bu, çox çətindir. Səmimi olacağam: mən yatmıram. Bu, heç kimə arzulamadığım dəhşətli, dözülməz bir ağrıdır", - deyə Ukrayna lideri bildirib.

Bu sözlərdən sonra Bartlett Zelenskinin gözlərinin yaşardığına diqqət çəkib. Ukrayna prezidenti isə onun sözlərini qısaca "Bəli" deyərək təsdiqləyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑