İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf sosial şəbəkə hesabında ABŞ-a ünvanlanan diqqətçəkən və müəmmalı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Qalibaf Vaşinqtona xitab edərək, ABŞ-ın Yaxın Şərqdəki siyasi və hərbi fəaliyyətinin yalnız mənfi nəticələr doğurduğunu bildirib.
O, ABŞ-ın təqdim etdiyi seçimləri “Matrix” filminin məşhur həb metaforasına istinadla tənqid edərək onları regionu tərk etməyə çağırıb:
”On həb, hamısı pisdir. Nə qırmızı var, nə göy. Hamısı qurumdur. Heç birini qəbul etmək məcburiyyətində deyilsiniz, amma birini götürsəniz, hamısını qəbul etmiş olacaqsınız. Uydurulmuş matriksi dağıdın. Tərk edin!”.
İranlı spikerin bu mesajı, Tehranın ABŞ-ın regiondakı varlığına və xarici siyasətinə qarşı növbəti sərt xəbərdarlığı kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az





