Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı iş adamı və teleaparıcı Stiven Bartlettə müsahibə verib. Zelenski söhbət zamanı yuxusuzluq problemindən gileylənib və emosional anlar yaşayıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Stiven Bartlett bu barədə X hesabında paylaşım edib.
Sözügedən epizod gözlənilən müsahibənin anons videoçarxına daxil edilib.
Müsahibə zamanı aparıcı ukraynalı siyasətçidən mövcud vəziyyətlə necə bacardığını soruşub. Cavabında Zelenski son dərəcə ağır dövrdən keçdiyini vurğulayıb:
"Bu, çox çətindir. Səmimi olacağam: mən yatmıram. Bu, heç kimə arzulamadığım dəhşətli, dözülməz bir ağrıdır".
Bu sözlərdən sonra Bartlett Zelenskinin gözlərinin yaşardığına diqqət çəkib. Ukrayna prezidenti isə onun sözlərini qısaca "Bəli" deyərək təsdiqləyib.





