Mədəniyyət · Milli.az

Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək xəbəri üçün şəkil

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək.

Tədbir çərçivəsində Uşaq Filarmoniyasının solistləri, Uşaq Folklor Mahnı və Rəqs Ansamblı, "Sədəf" xalq çalğı alətləri ansamblı, Nağaraçılar ansamblı və "Səda" uşaq xoru çıxış edəcək. Konsert proqramı ilə yanaşı, gənc istedadların yaradıcılığını əks etdirən sərgi də təqdim olunacaq. 

Milli qürur və qəhrəmanlıq tariximizin təcəssümü olan Zəfər Gününə həsr edilmiş tədbir noyabrın 6-sı saat 19:00-da Dövlət Uşaq Filarmoniyasının konsert zalında baş tutacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑