Mədəniyyət · Bakı Xəbər

Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb xəbəri üçün şəkil



Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı Afaq Məsudun eyniadlı psixoloji dramı əsasında hazırlanan "Yol üstə" tamaşasının məşqlərinə başlanılıb.

Səhnə əsərinin quruluşçu rejissoru Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov, musiqi tərtibatçısı isə Zeynəb Xəlilovadır. Tamaşada rolları Lalə Məmməd, Rəşad Rüstəmov, Əməkdar artist Rəhim Qocayev, Nazilə İmamhüseynova, Pərviz İsmayılov, Fərahim Fətəliyev, Nuranə Mirzəliyeva, Rəşid Mirizadə, Azad Məmmədov, Cavidan Eminov, Nərmin Nəbiyeva, Arzuman Abdullazadə, Qurban Rəsulov və Samirə Abdullayeva ifa edirlər.

Psixoloji dramda sənətkarın taleyinə, sənətə və insan mənəviyyatına qarşı biganə münasibətin doğurduğu faciəvi nəticələr əks olunur. Tamaşanın əsas ideyası biganəliyin insan həyatında və mənəvi dünyasında yaratdığı fəsadları açmaq, insanın sənətə və mənəvi dəyərlərə münasibətini ön plana çəkməkdir.

Tamaşanın premyerası noyabrın sonlarına nəzərdə tutulur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑