Mədəniyyət · Milli.az

“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli xəbəri üçün şəkil

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmin vaxt yaşananlardan danışıb. O, bildirib ki, əməliyyat 8 saat davam edib. Sənətçi əməliyyatda olduğu müddətdə bacısının halı pisləşib:

"Bacım deyir ki, öldük-dirildik. Hətta mən gec çıxdım əməliyyatdan, bacımın ürəyi gedib".

M. İsgəndərli konsertə hazırlaşdığı müddətdə də fəaliyyətini dayandırmadığını söyləyib. O, bildirib ki, ətrafındakılar ona konsertdən əvvəl iki ay dincəlməyi məsləhət görsələr də, son günə qədər toylara gedib:

"Hamı deyirdi ki, konsert verəndə iki ay dincəlməlisən. Amma mən axırıncı günə qədər toyda idim. Mənim sponsorım yox idi. Toya getməliydim ki, konsertin pulunu saxlayım". (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑