Mədəniyyət · Milli.az

“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova xəbəri üçün şəkil

Əməkdar artist Nigar Şabanova aqressiv şərh yazan sosial şəbəkə istifadəçilərindən danışıb.

Milli.Az xəbər verir ki, xanəndə nalayiq ifadələrdən istifadə edən izləyicilərdən hüquq-mühafizə orqanlarına şikayət etdiyini gizlətməyib:

"Mənim kosmetoloji prosedurlarım onların gözündə gözəl deyil. Çünki öz evlərində özlərinə baxmağa imkan vermirlər. Bəzi qadınların evdə heç bir dəyəri, söz haqqı yoxdur. Bir qadın kimi ailələrində fikirlərini keçirə bilmirlər. Gün boyu başqalarının münasibətlərini, həyatını müzakirə etməklə məşğuldurlar. Kim kiminlə barışdı, kim nə etdi, bütün bunları izləyir, fikir bildirirlər. 

Sənin paylaşımını görür, amma ona heç bir şərh yazmırlar. Söhbət görünüşündən və kosmetoloji prosedurlardan gedəndə isə dərhal tənqidə başlayırlar. Vallah, əgər evdə onlara hörmət qoyulsa, ərləri cibinə pul qoyub "Get, özün üçün nəsə et" desə, inanın bu şərhləri yazanların 80 faizi öz görünüşü ilə məşğul olar, kosmetoloqa gedib özlərini nə hala salardılar.

Evdə onlara hörmət edilmədiyi, söz haqları olmadığı üçün boş-boş işlərlə məşğul olurlar. Övladlarının dərslərinə, öz görünüşlərinə, ailələrinin ciddi problemlərinə fikir versələr, başqalarına şərh yazmağa vaxtları qalmaz. Şərh yazanda da çalışsınlar insanın qəlbini qırmaq əvəzinə xoş söz desin, könüllərini oxşasınlar.

Şərh yazanların hamısı özünü ağıllı və ideal hesab edir. Bir-ikisinə qanun qarşısında necə cavab verəcəyini xatırladanda isə geri çəkilirlər. Deyirlər ki, qurban olum, balam var, bağışla.

Xanəndə əlavə edib: "Bu yaxınlarda iki-üç nəfərə şəxsən mesaj yazdım. Soruşdum ki, mənimlə nə qərəziniz var? Çirkinəm, eybəcərəm, yaxud gözələm, bunun sənə nə aidiyyəti var? Özümü necə görmək istəyirəmsə, elə də görürəm. Bunu sənin üçün etmirəm. Əgər fikrinizə görə özümü dəyişməli olsaydım, hamınızın qapısını bir-bir döyüb soruşardım. Mən güzgüdə özümü necə görmək istəyirəmsə, eləyəm.

Dedim ki, bir gün bu yazdıqlarınıza görə cavab verməli olacaqsınız. Onda başınızı aşağı salıb utanaraq polis bölməsindən çıxmalı olacaqsınız. Bax, onda görün kimin vəziyyəti ayıbdır.

Mən özümü belə sevirəm və öz seçimimdən razıyam. Sən də öz həyatınla məşğul ol, evində otur, ədəbini gözlə. Ailədəki kişilər də telefonunu götürüb baxsınlar ki, onların xanımları sosial şəbəkələrdə kimlərə, hansı formada şərhlər yazır. Hər kəsin "Instagram", "TikTok" səhifəsi ola bilər. Onlar bu platformalardan faydalana, nəsə ala, alış-veriş edə, öz işlərini reklam edə bilərlər.  Amma kiməsə bu cür şərhlər yazmaq ayıbdır.

Belələrini polisə verdiyim də olub. Niyə də olmasın? Sən məni tanımadan, üzümü görmədən haqqımda təhqiramiz şərh yazırsansa, dediyin sözün arxasında durmağı bacarmalısan. Yazdığın sözə görə məsuliyyət daşımalısan.

Xeyr, mən onların qarşısına çıxmıram. Çünki buna ehtiyac yoxdur. Əgər həmin şəxsin kimliyi, siması bəlli deyilsə, onunla üz-üzə gəlməyim də mümkün deyil. Mən niyə özüm gedib bununla məşğul olmalıyam? Qanun var, qoy qanun danışsın". (musavat.com)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑