Cəmiyyət · Milli.az

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? xəbəri üçün şəkil

Oktyabrın 29-da "Real TV"nin əməkdaşları paytaxtın Yasamal rayonunda 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıblar.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, telekanalın müxbir Nigar Namiqin sözlərinə görə, şagirdləri hücuma təşviq edən şəxs məktəbin qarovulçusu olub.

"Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provokasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır.

Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib "102"yə məlumat vermək gəldi. Bu zaman da kənardan nə məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı", - deyə jurnalist bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑