Cəmiyyət · Bizim.Media

Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dəriniz quruyur və görməniz zəifləyirsə BU VİTAMİN çatışmazlığınız var xəbəri üçün şəkil

A vitamini çatışmazlığı ən çox görmə problemləri və dəridə baş verən dəyişikliklərlə özünü büruzə verir.

Bizim.Media xəbər verir ki, dietoloq və endokrinoloq Anton Polyakovun aif.ru nəşrinə verdiyi məlumata görə, bu vitaminin çatışmazlığı dərinin qurumasına, həssaslığının artmasına və allergik reaksiyalara meyilliliyə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, belə hallarda görmə kəskinliyi azalır, xüsusilə alaqaranlıqda görmək çətinləşir. Bu vəziyyət “toyuq korluğu” kimi tanınır.
 

Həkim A vitamini çatışmazlığını təsdiqləmək üçün laborator müayinədən keçməyi və qanda vitaminin səviyyəsini yoxlatmağı tövsiyə edib.


Bununla yanaşı, dermatoloq-trixoloq Ruslan Aqayev daha əvvəl bildirib ki, A vitamini və selenin həddindən artıq qəbulu saç tökülməsini gücləndirə bilər. Buna görə də o, çatışmazlıq təsdiqlənmədən saçların gürlaşması üçün vitamin komplekslərinin qəbulunu məsləhət görmür.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑