Cəmiyyət · Bizim.Media

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var xəbəri üçün şəkil

Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində ağır qəza baş verib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.

Nəticədə adıçəkilən sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 

Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑