Nazirlər Kabineti "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.
Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, büdcəyə vəsaitlərin daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş, eləcə də rekvizitlərin səhv göstərilməsi və ya ödəniş əməliyyatlarının yanlış icrası nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı nəzarət tədbirləri həyata keçirəcəklər.
Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 191.5-ci maddəsinə uyğun olaraq hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi də nəzarətə götürüləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
