Ölkə · Globalinfo.az

“WhatsApp”da bunu etməyin: yazışmalarınız, fotolarınız yayıla bilər – DİQQƏT

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“WhatsApp”da bunu etməyin: yazışmalarınız, fotolarınız yayıla bilər – DİQQƏT xəbəri üçün şəkil

“WhatsApp” və “WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi halları artıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Kiberdələduzlar istifadəçilərin hesablarına hansı üsullarla daxil olurlar? İstifadəçilərin şəxsi yazışmaları, fotoşəkilləri və bank məlumatları təhlükə altına düşə bilərmi?

Globalinfo.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Saməddin Qədimov deyib ki, kiberdələduzlar müvafiq mobil nömrələri sızdırılmış məlumat bazalarından əldə edərək hesablara giriş cəhdləri edirlər və çoxfaktorlu autentifikasiya tətbiq olunmayan hesablar daha asan ələ keçirilir:

“Düzdür, “Meta” şirkəti öz tərəfində əlavə təhlükəsizlik tədbirləri görür və uğursuz hücum cəhdlərinə məruz qalan hesablar müvəqqəti bloklanır və araşdırılır. Lakin ələ keçirilmiş hesablara aid yazışmalarda mövcud olan hər bir məlumat və ya fayl, çox təəssüf ki, ələ keçirilmiş olur. Kiberdələduzlar mobil nömrələri sızdırılmış məlumat bazalarından əldə edib, hesablara giriş cəhdləri edirlər. Ən asan hədəf çoxfaktorlu autentifikasiya (MFA) tətbiq olunmayan hesablardır, çünki şifrə sızdıqda hücumçu girişi tamamlaya bilir”.

Mütəxəssisin sözlərinə görə, “Meta” kimi platformalar şübhəli girişləri avtomatik aşkarlayır, uğursuz cəhdləri məhdudlaşdırır və risk altındakı hesabları müvəqqəti bloklayaraq yoxlayır:

“Bu, hücumların miqyasını azaldır, lakin hücumçu artıq hesaba daxil olubsa, bloklama mövcud zərəri geri qaytarmır. Hesab ələ keçirildikdə, orada olan yazışmalar, fotolar, sənədlər və əlaqə siyahısı hücumçunun əlinə keçir. Bu məlumatlar şantaj, dostlara saxta mesajlarla fişinq və ya bank məlumatlarına yönəlmiş hücumlar üçün istifadə oluna bilər. Telefon nömrəsindən asılı olan digər xidmətlərin bərpası da təhlükə altına düşür”.

Zaira Akifqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑