Türkiyənin "Fənərbağça" klubunda baş məşqçi postuna gətiriləcək mütəxəssisin kimliyi bəlli olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı çalışdırıcı Serxio Konseysao ilə anlaşdığı bildirilir. Türkiyə mediasının yaydığı xəbərə əsasən, mütəxəssisin bu gün İstanbula gəlməsi gözlənilir.
Xatırladaq ki, "Fənərbağça" bir neçə gün əvvəl komandanın uğursuz çıxışlarına görə İsmail Kartalla yollarını ayırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)





