Əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb. Həmçinin 15 cinayətin "isti izlər"lə açılması təmin edilib.
Bundan başqa, qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyənləşdirilib.
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb olunub.
Masazır qəsəbəsində avtoxuliqanlıq edən "Lada" markalı avtomobilin sürücüsü K.Qarayev, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edərək qəza törədən və hadisə yerindən qaçmağa cəhd göstərən "Chevrolet" markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıb.
Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb. S.Əhmədov barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri də tətbiq edilib.
Həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində inzibati tədbir görülüb.
Abşeron rayonunda hüquqpozmaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

