"Qırmızı körpü" gömrük-keçid məntəqəsində Gürcüstana qanunsuz şəkildə aparılmaq istənilən külli miqdarda gümüş zinət əşyası aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Gürcüstan vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük əməkdaşları tərəfindən keçirilən baxış zamanı gizlədilmiş 9 038 qram gümüş zinət əşyaları müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, aşkar edilən və məcburi bəyan edilməli olan malların ümumi gömrük dəyəri 38 289 lari təşkil edir.
Faktla bağlı materiallar qanunvericiliyə uyğun tədbir görülməsi üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.





