Hadisə · Trend.az

İstanbulda çökmüş binanın memarı və tikinti rəhbəri saxlanılıb (YENİLƏNİB)

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbulda çökmüş binanın memarı və tikinti rəhbəri saxlanılıb (YENİLƏNİB) xəbəri üçün şəkil

Bakı. Trend:

İstanbulda çökmüş binanın memarı və tikinti rəhbəri saxlanılıb.

Bu barədə hadisə yerindən “TRT Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, İstanbul hakimiyyətinin qərarı ilə cümə axşamı səhər saatlarında alt mərtəbələri çökmüş yeddimərtəbəli yaşayış binasının nəzarətli şəkildə sökülməsinə başlanılıb.

Son məlumatlara görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3-ü uşaq olmaqla 10 nəfər xilas edilib. Xilasedicilər binanın yan tərəfindən xüsusi tunellər açaraq dağıntılar altında qalan üç nəfərin axtarışını davam etdirirlər.

Qeyd edilib ki, İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Prokurorluğun qərarı ilə binanın layihəsini hazırlayan memar və tikinti rəhbəri saxlanılıb.

09:50

xxx

Türkiyədə İstanbul şəhərinin Maltepe rayonunda yerləşən yeddimərtəbəli binanın bir hissəsi uçub.

Bu barədə "Haber 7" məlumat yayıb.

Hələlik müəyyən edilməyən səbəbdən binanın ilk üç mərtəbəsi uçub.

12 mənzildən ibarət binada 33 nəfərin yaşadığı məlum olub. Uçqun altında qalan 12 nəfərdən 5-i xilas edilib, 7 nəfərdən 4-ü ilə əlaqə yaradılıb, daha 3 nəfərin axtarışları davam etdirilir.

Hadisə yerinə gələn İstanbul valisi Davut Gül bildirib ki, 1987-ci ildə tikilmiş binada ümumilikdə 33 nəfər yaşayır.

Valinin sözlərinə görə, bina yerüstü 6 mərtəbədən ibarətdir. Birinci mərtəbədə mağaza, digər 6 mərtəbədə isə mənzillər yerləşir. Binada ümumilikdə 12 mənzil var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑