Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib.
Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.





