Qubada ər arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə Birinci Nügədi kəndində qeydə alınıb.
39 yaşlı Valeh Talıbov (şərti adla) mübahisə zamanı arvadına əvvəlcə sillə vurub. Sonra isə saçından tutub yolaraq, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Məlumata görə, Valeh arvadına həyətdən yığdığı lobyaları yerə sərib qurutmasını tapşırıb. Lakin qadının bunu etmədiyini görüb və səbəbini soruşub. Arvadı cavabında yaxşı etdiyini dediyi üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Valeh Talıbov məlum cinayəti törədib.
Faktla bağlı o saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən qadın da ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və C. Talıbov məsuliyyətdən azad olunub.




