Hadisə · Axar.az

Xankəndidə bu qurumun əməkdaşı narkotiklə saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xankəndidə bu qurumun əməkdaşı narkotiklə saxlanıldı xəbəri üçün şəkil

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zamanı şəxsi istifadə üçün saxladığı bir büküm marixuana aşkarlanıb.

Faktla bağlı onun barəsində müvafiq maddə üzrə inzibati protokol tərtib olunub.

S.Rzayev ifadəsində Xankəndi şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü vəzifəsində çalışdığını bildirib. O, bir neçə tanışı ilə yaşayış evlərindən birinin həyətində narkotik vasitə istifadə etdiyini, bundan sonra saxlanıldığını və üzərindən narkotik maddə aşkarlandığını deyib.

O, təqsirini etiraf edərək əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Sahib Rzayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑