Dünya · Lent.az

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü xəbəri üçün şəkil

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb.

Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbindən Lion şəhərindəki xəstəxanada müalicə alan şəxs oktyabrın əvvəlində vəfat edib. Aparılan müayinələr zamanı onun orqanizmində Şamonda virusu aşkarlanıb.

Hazırda xəstənin ölümü ilə virus arasında əlaqənin müəyyənləşdirilməsi üçün klinik, bioloji və epidemioloji araşdırmalar davam etdirilir.

Şamonda virusu ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb. 2026-cı ilə qədər virus əsasən Afrikanın bəzi bölgələrində və Yaponiyada qeydə alınıb.

2026-cı ilin yayında isə virusun yeni variantı Mərkəzi Avropada, o cümlədən İsveçrədə ortaya çıxıb. Daha sonra Almaniya, Fransa, Belçika və İtaliya da daxil olmaqla bir sıra Avropa ölkələrində aşkarlanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑