Mədəniyyət · Kulis.az

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb xəbəri üçün şəkil

Türkiyədə rusiyalı məşhur şoumen Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konsertinin ləğv edilməsi tələb olunub.

Kulis.az xəbər verir ki, buna sənətçinin İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarını dəstəkləməsi səbəb olub.

Yerli fəalların diqqətini Qalkinin 2024-cü il iyunun 8-də sosial şəbəkədə etdiyi paylaşım cəlb edib.

Belə ki, sənətçi həmin vaxt İsrail hərbçilərinin Nuseyrat bölgəsində keçirdiyi və dörd girovun azad edildiyi əməliyyata müsbət münasibət bildirib.

O, həlak olan israilli hərbçi Arnon Zamoranı qəhrəman adlandırıb və İsrailin hərəkətləri ilə fəxr etdiyini qeyd edib.

Qalkin Qəzza zolağında ərzaq çatışmazlığı ilə bağlı məlumatları da şübhə altına alıb, HƏMAS-ın açıqladığı ölüm sayının doğruluğuna şübhə ilə yanaşıb.

Bundan sonra İstanbulda sənətçinin konsertinin ləğvi ilə bağlı çağırışlar səsləndirilib.

Yerli fəallar bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və İstanbul rəhbərliyinə müraciət ediblər.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra Maksim Qalkin Rusiya hakimiyyətinin fəaliyyətini tənqid edib və həyat yoldaşı Alla Puqaçova, eləcə də övladları ilə birlikdə ölkəni tərk edib.

Daha sonra ailə Kiprə köçüb və hazırda orada yaşayır.

2023-cü ildə İsrail-Fələstin münaqişəsi kəskinləşdikdən sonra Qalkin həyat yoldaşı ilə birlikdə İsrail xalqına dəstək olmaq istədiklərini açıqlayıb.

Sənətçi İsrailə kömək məqsədilə qan verə biləcəyini də deyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑