Dünya · Konkret.az

Ukrayna Rusiyadakı aviabazanı vurdu: İki ədəd “Su-34” MƏHV EDİLDİ | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna Rusiyadakı aviabazanı vurdu: İki ədəd “Su-34” MƏHV EDİLDİ | KONKRET xəbəri üçün şəkil

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki strateji hərbi obyektə uğurlu zərbə endirib. Nəticədə Rusiya ordusunun bombardmançı təyyarələri sıradan çıxarılıb.

KONKRET.az xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görө, Volqoqrad vilayətində yerləşən Marinovka aviabazasına “Uzun mənzilli Neptun” raketi ilə zərbə endirilib. Hücum nəticəsində 11-ci qarışıq aviasiya alayına məxsus iki ədəd “Su-34” tipli döyüş təyyarəsi tamamilə məhv edilib.

Qeyd olunub ki, “Su-34″lər Rusiya ordusunun Ukrayna şəhərlərinə və hərbi mövqelərinə qarşı intensiv şəkildə istifadə etdiyi idarəolunan aviabombaların əsas daşıyıcılarından biridir. Bu itki Rusiya Hərbi-Kosmik Qüvvələri üçün ciddi zərbə hesab olunur.

Natiq Səlim
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑