Dünya · Günün Səsi

İran ABŞ-nin danışıqlar təklifinə cavab verməyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran ABŞ-nin danışıqlar təklifinə cavab verməyib xəbəri üçün şəkil

İran ABŞ-nin danışıqları bərpa etmək üçün göndərdiyi məktuba cavab verməyib.

Gununesi.info xəbər verir ki, Fars xəbər agentliyinin iranlı təhlükəsizlik mənbəyinə istinadən yaydığı məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzaiyə sülh danışıqlarını bərpa etmək məqsədilə məktub göndərib. Lakin Tehran rəhbərliyi məktuba cavab verməyib. Mənbə ABŞ-nin əvvəlki illərdə də İran rəsmilərinə məktublar göndərdiyini və bunun qeyri-adi hal olmadığını bildirib.

Qeyd edək ki, “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən Donald Trampın göstərişi ilə Vensin İran tərəfinə məktub göndərdiyini yazıb. Tramp isə bu iddianı təkzib edərək Vensin yalnız İranın ehtiyac duyduğu tibbi ləvazimatların təmin olunmasına kömək etdiyini bildirib.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑