Dünya · Konkret.az

SEPAH: Son iki gündə Hörmüz boğazında | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SEPAH: Son iki gündə Hörmüz boğazında | KONKRET xəbəri üçün şəkil

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu gün səhər Hörmüz boğazında qayda pozuntusuna yol verən üçüncü supertankerə zərbə endirildiyini və gəmidə yanğın baş verdiyini bildirib.

KONKRET.az xəbər verir ki, SEPAH-ın məlumatında deyilir ki, gəmi naviqasiya sistemini söndürüb və Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq, Hörmüz boğazından çıxmağa cəhd edib, nəticədə gəmi vurulub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri vurğulayıb ki, Hörmüz boğazında və Fars körfəzi regionunda ABŞ ordusu ilə əməkdaşlıq edən istənilən ticarət gəmisi və neft tankeri qəti cavabla üzləşəcək.

Qeyd edilib ki, bu, son iki gündə Hörmüz boğazında vurulan üçüncü supertankerdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑