Latviya və Baltikyanı qonşuları Rusiyanın dronları və hava məkanının pozulması ilə bağlı artan narahatlıqlar fonunda yenidən yüksək hazırlıq vəziyyətinə gətirilib. Artan gərginlik fonunda NATO-nun şərq cinahı etibarlı şəkildə qorunur.
Teleqraf xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Baiba Braze bildirib.
Onun sözlərinə görə, NATO-nun effektivliyinin əsas göstəricisi sülhdür: "Rusiya silahlı qüvvələrinə NATO-ya meydan oxumaq iqtidarında deyil. Rusiya Prezidenti Vladimir Putin Latviyaya və ya digər Baltikyanı ölkələrə qarşı hərbi hücum edə bilməyəcək, çünki Moskvanın bunu etmək imkanları yoxdur".



