Dünya · Konkret.az

Sən təlxəksən! Kim işə götürüb səni? – Brusevitz | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sən təlxəksən! Kim işə götürüb səni? – Brusevitz | KONKRET xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın müşaviri Aleks Brusevitz Nümayəndələr Palatasının respublikaçı üzvü Don Bekonun Rusiya ilə imzalanmış dizel müqaviləsinin ləğvi tələbinə kəskin reaksiya verib.

KONKRET.az xəbər verir ki, Brusevitz bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb. O, konqresmeni açıq şəkildə təhqir edərək yazıb:

“Sən təlxəksən. Hansı müharibə tərəfdarı ‘beyin mərkəzi’ səni işə götürüb?”

Qalmaqala səbəb Don Bekonun ABŞ Maliyyə Nazirliyinin Baş Lisenziyasını (General License 135) ləğv etməyi nəzərdə tutan qanun layihəsini dəstəkləməsi olub.

Sözügedən lisenziya Rusiya dizel yanacağının tədarükünü 7 aprel 2027-ci ilə qədər ABŞ sanksiyalarından müvəqqəti olaraq azad edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑