Dünya · Konkret.az

Rusiyanın iri neft emalı zavodu vuruldu: yanğın baş verib | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın iri neft emalı zavodu vuruldu: yanğın baş verib | KONKRET xəbəri üçün şəkil

Pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki neft emalı zavoduna hücumu nəticəsində müəssisədə güclü yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya və Ukraynanın monitorinq kanalları məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, bu gün səhər saatlarında Ufada bir neçə partlayış səsi eşidilib. Hadisə şahidlərinin yaydığı fotolara əsasən, hücumun hədəfi “Başneft-Novoil” neft emalı zavodu olub.

Hücumdan sonra zavodun ərazisində güclü yanğın başlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑