“Qarabağ” klubu “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
“Sabah” FK-nı Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edir, qarşıdakı oyunlarında uğurlar arzulayırıq”, – paylaşımda bildirilib.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda “Slaviya”ya (Praqa) 2:0 hesabı ilə qalib gəlib.

