Gündəm · Konkret.az

Ankarada səfirliyimiz qarşısında aksiya - Çağırışlar etdilər+Video | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ankarada səfirliyimiz qarşısında aksiya - Çağırışlar etdilər+Video | KONKRET xəbəri üçün şəkil

Ankarada Azərbaycan səfirliyinin qarşısında “hicab qadağası” iddiası ilə keçirilən aksiya açıq şəkildə Azərbaycanın dövlət quruluşunu hədəfə alan radikal çağırışlara çevrilib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki,  aksiya axşam saatlarında keçirilib.

Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Aksiyada “Başörtüsü Allahın əmridir!”, “Hicab Allahın əmridir!” şüarlarının yazıldığı plakat və bannerlər qaldırılıb. Tədbirdə “Köklü Değişim” platformasının simvolları da nümayiş etdirilib.

Aksiyada çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu məktəbli geyimi və hicab haqda danışarkən mövzunu “Raşidi Xilafət Dövləti”nin yaradılması çağırışına gətirib.

O, müsəlman ölkələrinin xilafət dövləti çərçivəsində birləşməli olduğunu müdafiə edib və Azərbaycanı da bu sistemin qaydalarına uyğun idarəçiliyə çağırıb.

Beləliklə, aksiyanın yalnız məktəblərdə hicab məsələsinə etiraz məqsədi daşımadığı, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı siyasi-ideoloji çağırış platformasına çevrildiyi üzə çıxıb.

Xatırladaq ki, oktyabrın 3-də İstanbulda Azərbaycan baş konsulluğu qarşısında da oxşar aksiya keçirilmişdi. Həmin tədbirdə hicab şüarları ilə yanaşı, Azərbaycanın xarici siyasəti və İsraillə münasibətləri də hədəfə alınmışdı.

Onu da qeyd edək ki, radikal qrupun çıxışı Türkiyə dövlətinin və bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilə bilməz.

Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da yaydığı açıqlamada Türkiyə–Azərbaycan münasibətlərini hədəfə alan məzmunları “açıq informasiya əməliyyatı” adlandırıb. Mərkəz iki ölkə arasındakı strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini sarsıtmağa yönələn manipulyasiyaların nəticə verməyəcəyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑