Dünya · Konkret.az

Qərbi Nil virusundan ölənlərin sayı 49-a çatdı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qərbi Nil virusundan ölənlərin sayı 49-a çatdı | KONKRET xəbəri üçün şəkil

Havaların soyuması Yunanıstanda təhlükəli virusun yayılmasının qarşısını almayıb. Ölkədə payız fəslində də yeni yoluxma halları qeydə alınır.

KONKRET.az xəbər verir ki, Yunanıstanda oktyabrın ikinci həftəsində Qərbi Nil virusuna 9 yeni yoluxma halı aşkarlanıb, 2 nəfər isə virus səbəbindən həyatını itirib.

Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, 2026-cı ilin əvvəlindən oktyabrın 15-dək ölkə üzrə ümumilikdə 452 yoluxma halı qeydə alınıb.Ölənlərin sayı 49-a yüksəlib.

Oktyabrın 9-dan 15-dək aşkarlanan 9 yeni yoluxma ilə yanaşı, virusdan ölənlərin ümumi sayı 49-a çatıb. Qərbi Nil virusuna ən çox paytaxt Afina və ətraf əraziləri əhatə edən Attika bölgəsində rast gəlinir./yenisabah

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑