Dünya · Konkret.az

Papaya son diaqnoz qoyuldu | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Papaya son diaqnoz qoyuldu | KONKRET xəbəri üçün şəkil

Həkimlər Papa XIV Leoya son diaqnoz qoyublar.

KONKRET.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Histoloji və molekulyar biologiya tədqiqatlarının nəticələri əməliyyat zamanı çıxarılan bədxassəli şişin ağciyərin lokal adenokarsinoması olduğunu təsdiqləyib.

Tibbi hesabata görə, onkoloji müayinədən sonra Papanın əlavə müalicəyə ehtiyacı yoxdur. Bu, əməliyyatdan sonra tibbi müşahidənin son mərhələsi olub.

Qeyd edək ki, 71 yaşlı Papa 13 oktyabrda əməliyyat olunub və bir neçə gün sonra xəstəxanadan çıxıb. İndi o, vəzifəsinə qayıdıb və adi qaydada işləyir, moizə oxuyur və ictimaiyyət qarşısında çıxış edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑