Dünya · Konkret.az

Pakistan hərbçiləri atəş açdı, əfqanlar cavab verdi – Sərhəddə insident | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pakistan hərbçiləri atəş açdı, əfqanlar cavab verdi – Sərhəddə insident | KONKRET xəbəri üçün şəkil

Əfqanıstan və Pakistan hərbçiləri arasında sərhədyanı ərazidə silahlı toqquşma baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “TOLOnews” portalı Əfqanıstan qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun rəsmisi Məhəmməd Yar Cavadın açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, insident Paktiya vilayətinin Dand-Patan rayonunda, iki ölkə arasında sərhəd kimi tanınmayan Durand xətti boyunca qeydə alınıb.

Əfqanıstan tərəfinin iddiasına görə, atəşi ilk olaraq Pakistan hərbçiləri açıb. Bundan sonra əfqan bölmələri cavab atəşi açıb.

Ordu korpusunun rəsmisi Əfqanıstan hərbçiləri arasında itki olmadığını və toqquşmanın başa çatdığını bildirib.

Günay Əli 

KONKRET.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑