Cəmiyyət · Konkret.az

Məkkə və Mədinədə ölənlər mütləq Cənnətə düşür? – İlahiyyatçı CAVAB VERDİ | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məkkə və Mədinədə ölənlər mütləq Cənnətə düşür? – İlahiyyatçı CAVAB VERDİ | KONKRET xəbəri üçün şəkil

Müqəddəs məkanlarda vəfat edən insanların Cənnətə düşəcəyinə dair cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Xüsusilə Məkkə və Mədinə kimi dini baxımdan əhəmiyyətli yerlərdə dünyasını dəyişən şəxslərin axirətdəki aqibəti ilə bağlı suallar yaranır.

Bəs İslam dininə görə, müqəddəs yerdə vəfat etmək insanın Cənnətə düşəcəyinə zəmanət verirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, İslam mənbələrinə əsasən, müqəddəs yerdə vəfat etmək insanın mütləq Cənnətə düşməsi demək deyil.

“İslamda mütləq müqəddəslik və ibadətə layiq olmaq yalnız Allaha məxsusdur. İnsanın Allah yanında dəyəri təkcə harada vəfat etməsi ilə deyil, imanı, əməlləri və Allahın mərhəməti ilə müəyyənləşir”.

İlahiyyatçı qeyd edib ki, Qurani-Kərimdə insanların üstünlüyünün məkanla deyil, təqva ilə ölçüldüyü vurğulanır. Belə ki, “əl-Hucurat” surəsinin 13-cü ayəsində buyurulur: “Həqiqətən, Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır”.

Ə.Həsənovun sözlərinə görə, Peyğəmbərimizin (s.ə.s.) “Əməllər niyyətlərə görədir” hədisi də insanın mənəvi dəyərinin müəyyənləşməsində niyyətin əhəmiyyətini göstərir. İslam mənbələrində insanın nicatının yalnız öz əməllərinə deyil, həm də Allahın mərhəmətinə bağlı olduğu bildirilir.

İlahiyyatçı vurğulayıb ki, Məkkə və Mədinə kimi müqəddəs məkanlarda vəfat etmək İslam alimlərinin ümumi yanaşmasına görə, fəzilət sayıla bilər. Lakin bu hal həmin şəxsin mütləq Cənnətə daxil olacağına dair qəti zəmanət hesab edilmir. İnsanın axirətdəki son aqibəti barədə hökm vermək yalnız Allaha məxsusdur.

Ə.Həsənov hesab edir ki, müqəddəs yerdə vəfat etməyi birbaşa Cənnətə düşməklə eyniləşdirmək dini baxımdan düzgün yanaşma deyil. Onun fikrincə, vəfat edən insanlar haqqında xeyirli düşünmək və onlar üçün dua etmək lazımdır, lakin heç kimə Allahın vermədiyi qəti Cənnət zəmanətini vermək olmaz.

Aynurə İsmayıl

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑