Cəmiyyət · Bakupost.az

Borclu şəxslərin NƏZƏRİNƏ: 10 gün vaxt verildi – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Borclu şəxslərin NƏZƏRİNƏ: 10 gün vaxt verildi – FOTO xəbəri üçün şəkil

İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün könüllü icra müddəti təyin edilir.


"Bakupost" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur:
“İcra sənədində satılmalı əmlak müəyyən edildikdə və borclu könüllü icra bildirişini aldıqdan sonra 7 iş günü ərzində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət etdikdə, yaxud notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciəti icra qeydi ilə birlikdə icra orqanına göndərdikdə əmlakın açıq bazarda satılmaqla tələbin könüllü icra edilməsi üçün 2 ay müddət müəyyən edilir”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑