Cəmiyyət · Bizim.Media

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI xəbəri üçün şəkil

Füzulidə yeniyetmə qonşusunun tövləsini yandıraraq, külli miqdarda ziyan vurub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Qayıdış qəsəbəsində qeydə alınıb.
 

17 yaşlı Səbuhi Həsənov (şərti adla) gecəyarı həmkəndlisinin heyvanları üçün yığdığı yonca bağlamalarına od vurub. Yanğın daha sonra tövləyə keçib. Nəticədə tövlə, içərisindəki onlarla heyvan, yaxınlıqdakı su çənləri, yük avtomobilə məxsus mühərrik və sürətlər qutusu yanıb.


Bununla da zərərçəkənə ümumilikdə 86 min 402 manat məbləğində ziyan vurub.

İttiham aktına görə, Səbuhinin bu əməli törətməsinə səbəb atasının zərərçəkənlə bir neçə il mübahisə etməsidir. Qeyd olunur ki, Səbuhi məhz həmin məsələyə görə, qonşusunun tövləsini qisas məqsədilə yandırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi açılıb.

Məhkəmə araşdırması zamanı Səbuhinin yetkinlik yaşına çatmaması, həmçinin yanğın zamanı tövləni açıb heyvanları xilas etməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmə S. Həsənov barəsində 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etməsi təyin edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑