Gündəm · Konkret.az

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı | KONKRET xəbəri üçün şəkil

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

KONKRET.az xəbər verir ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:

“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑