Gündəm · Konkret.az

Pensiya kapitalına baxıb ŞOKA DÜŞƏNLƏRİN NƏZƏRİNƏ - YENİ MƏLUMAT | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pensiya kapitalına baxıb ŞOKA DÜŞƏNLƏRİN NƏZƏRİNƏ - YENİ MƏLUMAT | KONKRET xəbəri üçün şəkil

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “myGov” portalında pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklərlə bağlı məsələyə münasibət bildirilib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, “myGov” platformasında vətəndaşlara təqdim olunan məlumatlar aidiyyəti dövlət informasiya sistemlərindən əldə edilərək əks olunur.

Açıqlamada vurğulanıb ki, “Pensiya kalkulyatoru” bölməsindəki məlumatlar real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən alınan məlumatlar əsasında formalaşdırılır.

Agentlikdən bildirilib ki, hazırda pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklər işəgötürənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara dair dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi və həmin hesabatların emalı prosesi ilə əlaqədardır.

Qeyd olunub ki, hesabatların emalı mütəmadi olaraq həyata keçirilir və bu müddətdə vətəndaşların şəxsi kabinetlərində əks olunan məlumatlarda dəyişikliklər baş verə bilər:

“Hesabatların emalı başa çatdıqdan sonra şəxsi kabinetlərdə dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş məlumatlar əks olunacaq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑