Gündəm · Globalinfo.az

Keçmiş baş nazir: Ermənistan bu məlumatları paylaşmalıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Keçmiş baş nazir: Ermənistan bu məlumatları paylaşmalıdır xəbəri üçün şəkil

Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları ilə azad edilmiş ərazilərə səfər edən Moldovanın keçmiş Baş naziri Çiril Qaburiçi bildirib.

“Əminəm ki, itkin düşmüş şəxslər barədə Ermənistan tərəfində məlumatlar var. Onlar bu məlumatları paylaşmalıdırlar”, – Çiril Qaburiçi qeyd edib.

O, ərazilərdə evlərin, məktəblərin və uşaq bağçalarının tikildiyini, insanların doğma torpaqlarına qayıtdığını vurğulayıb:

“İlk növbədə təşkilatçılara çox minnətdaram ki, bizi Qarabağa gətiriblər. Biz bütün nümayəndə heyəti ilə burada nə baş verdiyini görə bildik. Ən əsası isə gördük ki, insanlar gəlib burada yaşamağa qayıdırlar. Uzun müddət geri qayıtmaq istədikləri torpaqlarına, evlərinə gəlirlər. Cənab Prezident İlham Əliyev insanların buraya qayıtması üçün əlindən gələni edir”.

O bildirib ki, ərazilərin minalardan təmizlənməsi insanların burada sülh və əmin-amanlıq şəraitində yaşaması üçün vacibdir.

“İkinci məsələ isə minalanmış ərazilərdir. Ərazilər minalardan təmizlənməlidir ki, insanlar burada, Qarabağda sülh və mehribanlıqla dinc yaşaya bilsinlər.

Minalardan təmizlənmiş ərazilər, bu, sülh deməkdir, bu o deməkdir ki, uşaqlar burada sakit oynaya bilər, hər kəs öz işini rahatlıqla görə bilər”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑