Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Yəmənin cənubundakı Əden şəhərində yerləşən “Maaşiq” Prezident Sarayındakı hərbi əməliyyatlar qərargahına hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Saba” xəbər agentliyi məlumat yayıb.
“Yəmən silahlı qüvvələri Ədendəki “Maaşiq” Sarayında yerləşən və Səudiyyə Ərəbistanı zabitləri tərəfindən idarə olunan hərbi əməliyyatlar qərargahına, eləcə də onunla əlaqəli silah anbarlarına zərbələr endirib”, – məlumatda deyilir.





