Dünya · Yeni Çağ

Rusiya ABŞ-yə dizel yanacağı satmağa hazırdır - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya ABŞ-yə dizel yanacağı satmağa hazırdır - Yeni Çağ xəbəri üçün şəkil

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkənin neft şirkətlərinin ABŞ-yə dizel yanacağının tədarükünə hazır olduğunu deyib.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Aleksandr Novak bu barədə Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

ABŞ-yə dizel yanacağının tədarükü məsələsinə münasibət bildirən Baş nazirin müavini qeyd edib ki, bunun üçün müqavilə imzalanmalı, yanacaq gəmiyə yüklənməli, gəmi icarəyə götürülməli və məhsul istehlakçıya çatdırılmalıdır.

“Bütün bu proses 2-3 həftə çəkir. Buna görə də razılaşmalar daha tez imzalanmalıdır. Müqavilələr imzalandıqdan sonra ilk tədarüklər ən tez 2-3 həftə ərzində həyata keçirilə bilər”, – deyə o vurğulayıb.

O, Rusiya neft şirkətlərinin tədarükə başlamağa hazır olduğunu diqqətə çatdırıb: “Şirkətlərimiz istənilən vaxt tədarükə başlamağa hazırdır. Hazırda kommersiya şərtləri ilə bağlı danışıqlar aparılır”.

A.Novak Rusiya dizel yanacağına ABŞ-dən başqa ölkələrin də maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Rusiya dizel yanacağına dünya bazarında tələbat var və digər istehlakçılar da bu məhsulla maraqlanırlar.

ABŞ-yə satılacaq dizel yanacağının qiymətinin bazar şərtlərinə uyğun, yoxsa güzəştlə müəyyənləşdiriləcəyi ilə bağlı suala cavabında A.Novak bunun kommersiya danışıqlarının mövzusu olduğunu deyib.

Baş nazirin müavini, həmçinin ABŞ-nin Rusiya dizel yanacağının idxalına dair lisenziyanın müddətinin 2027-ci ilin aprelindən sonra uzadılması məsələsi ilə bağlı hələlik müzakirələrin aparılmadığını bildirib.

“Uzatma məsələsini müzakirə etmək hələ tezdir. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”, – deyə A.Novak əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑