Gündəm · Konkret.az

Göygöldə bələdiyyə binasında mühasibin | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Göygöldə bələdiyyə binasında mühasibin | KONKRET xəbəri üçün şəkil

Göygöl rayonunda bələdiyyə mühasibinin meyitinin aşkarlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

KONKRET.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Sovda Əsəd oğlu Orucov 20 il ərzində Çaykənd bələdiyyəsində mühasib vəzifəsində çalışıb.

O, bu gün işə gedib. Axşam saatlarında bələdiyyə binasının işıqlarının yandığını görən digər əməkdaşlar binaya daxil olublar. Bu zaman onun meyitini aşkarlayıblar.

Meyit tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, mərhumun meyitinin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. O, ailəli olub və üç övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑