Gündəm · Globalinfo.az

Sensasiya: Abdullah Öcalan azadlığa çıxdı – YENİLƏNİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sensasiya: Abdullah Öcalan azadlığa çıxdı – YENİLƏNİB xəbəri üçün şəkil

PKK lideri Abdullah Öcalan Türkiyənin İmralı adasındakı həbsxananın yeni tikilmiş bölməsinə köçürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvü Mithat Sancar danışıb.

    Onun sözlərinə görə, Öcalanın yeni bölməyə köçürülməsi Türkiyədəki sülh prosesinin sürətləndirilməsi üçün imkan yarada bilər.

    DEM Partiyasının digər nümayəndəsi Pervin Buldan isə bildirib ki, yeni bölmə həbsxananın ərazisində yerləşir və Öcalanın iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. O, köçürülmənin Öcalana yeni hüquqi və ya siyasi status vermədiyini vurğulayıb.

    Buldanın sözlərinə görə, Öcalan sülh və siyasiləşmə koordinatoru kimi prosesə töhfə vermək istəyir, lakin bu status hələ rəsmiləşdirilməyib.

    ***23:32

    PKK terror təşkilatının lideri Abdullah Öcalan az müdddət öncə komissiya (Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası) üzvü təyin edildi. Komissiya üzvü olduğu andan etibarən məhkumluğu sona çatdı.

    Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ deyib.

    Siyasətçi bildirib ki, mövcud Türkiyə qanunvericiliyinə görə, məhkum komissiya üzvü ola bilməz:

    “Abdullah Öcalan hazırda məhkum deyil. Məhkum olmadığı üçün də artıq həbsxanada deyil, onun üçün inşa edilən malikanədə yaşayacaq. Bu malikanə eyni zamanda Öcalanın işləməsi üçün lazımi vasitələrlə təchiz edilib. Bu villada özü, köməkçiləri və gələcəkdə evlənəcəyi şəxs olacaq. Görüşləri burada baş tutacaq. Siyasi fəaliyyətini buradan idarə edəcək.

    Bəli, Öcalan azadlığa çıxdı. Bunu cəmiyyətə necə izah etməyi, qəbullandırmağı düşünürlər. Təbii ki, A.Öcalandan elə tələblər gəlir ki, mən belə duyduğumda “Ola bilməz o qədər” deyirəm”.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑