Gündəm · Konkret.az

“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov | KONKRET xəbəri üçün şəkil

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda “Zirə” ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

KONKRET.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra bizi çətin matçın gözlədiyini bilirdik. Bəzi futbolçularımız U-21 millisində yaxşı çıxış etdilər. Oruc Məmmədov isə əsas millidə debüt etdi. Bəzi oyunçularımızın üzərinə əlavə yük düşmüşdü. Sevindirici haldır ki, bugünkü matçda mübarizə apardıq və bir xal qazandıq. Şadam ki, səfərdə keçirdiyimiz altı oyunun hamısından xalla ayrılmışıq. “Zirə”yə uğurlar arzulayıram”.

Azər Bağırov komandanın futbolçusu Edqar Adilxanovun Belçikanın “Gent” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Belə bir şey yoxdur. Əgər olsaydı, klub bizə məlumat verərdi. Bu cür xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil. Bu, futbolçu üçün narahatlıq yaradır”. (qol.az)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑